NATO Rusiya sərhədlərinə necə yaxınlaşır? - İqor Korotçenkonun ŞƏRHİ

NATO Rusiya sərhədlərinə necə yaxınlaşır? -  İqor Korotçenkonun ŞƏRHİ
30 Apr 2024 09:09

“Rusiya Federasiyası üçün HIMARS mərmilərinin tədarükü və istehsalı üçün Polşa-Litva mərkəzinin yaradılması NATO-nun Rusiya ilə böyük müharibəyə hazırlığının elementi, habelə Ukrayna Silahlı Qüvvələrinin "mərmi aclığını" aradan qaldırmaq üçün bir tədbirdir”.

News365.az  xəbər verir ki, bunu məşhur rusiyalı hərbi analitik, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O, Litva Prezidenti Gitanas Nausedisin polşalı həmkarı Anjey Dudesə döyüş sursatının - xüsusən də Rusiya Federasiyası üçün HIMARS raketinin istehsalı və alınması üçün regional logistika mərkəzinin yaradılması təklifini şərh edərkən bunları da deyib:

“Litva prezidentinin səsləndirdiyi təklif NATO-nun Avropada böyük müharibəyə hazırlığının elementidir. Eləcə də Ukraynaya sursat  göndərilməsi üçün bu bir  logistika mərkəzinə çevrilə bilər. Əgər Almaniya əvvəllər bu məsələdə əsas rol oynayırdısa, indi  Ukraynaya tədarükün əsas axını məhz Polşa ərazisindən keçir”.

Analitik vurğulayıb ki, NATO-nun şimal-qərb cinahında sursat mərkəzinin yaradılması Şimali Atlantika Alyansının əsas hərbi düşmən hesab etdiyi Rusiya ilə uzunmüddətli, onilliklərlə davam edən qarşıdurmaya hazırlıq məntiqinə uyğundur:

"Bu gün HIMARS həm Polşa, həm də Litva ordularının, eləcə də Ukrayna Silahlı Qüvvələrinin silah arsenalında yer alırr. Alyans Rusiya sərhəddində belə bir mərkəzi qurmaqla öz qruplarının daimi hazırlığını saxlamaq üçün maddi-texniki və texnoloji bazanı təkmilləşdirmək niyyətindədir”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər