Ermənistandakı yezidi kürdlər də revanşistlərə qoşuldu - FOTOLAR

Ermənistandakı yezidi kürdlər də revanşistlərə qoşuldu  - FOTOLAR
30 Apr 2024 09:15

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından sonra sərhədyanı ərazilərlə yanaşı, İrəvanda da etirazlar keçirilir.

Etirazların cərəyan etdiyi əsas mərkəz isə Kirançdır. Revanşist siyasətçilər, radikal deputatlar, daşnaklar bu kəndə gələrək aksiyalara başçılıq edən erməni din xadimi ilə görüşür, kəndliləri "ruhlandırırlar".

News365.az xəbər verir ki, bu gün revanşistlərin proseslərə yezidi kürdlərini də qoşması məlum olub. Belə ki, "Mamul" nəşrinin yaydığı məlumata görə, gecə Ermənistanda yaşayan yezidilərin nümayəndələri Kirança gələrək etirazçılarla həmrəy olduqlarını nümayiş etdiriblər. 

"Onlar bəyan ediblər ki, bura bizim də vətənimizdir" , - nəşr yazıb.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Youtube kanalımız
Ermənistandakı yezidi kürdlər də revanşistlərə qoşuldu  - FOTOLAR
Ermənistandakı yezidi kürdlər də revanşistlərə qoşuldu  - FOTOLAR

Oxşar xəbərlər