“İrəvan universitetindəki 3-5 nəfərin etirazı çox gülməlidir“- Azər Bayramov

“İrəvan universitetindəki 3-5 nəfərin etirazı çox gülməlidir“-  Azər Bayramov
30 Apr 2024 10:54

"Ermənistanda baş verən iğtişaşların başında duran ilk növbədə Ermənistanın xarici rəhbərliyi, terrorçu qruplaşmalardır"

Hərbi ekspert Azər Bayramov bunu News365.az-a açəqlamasında deyib. 

"Ermənistanın xarici rəhbərliyi Ermənistandan kənar öz havadarlarına bağlı olan qruplar var ki, onların da tapşırığına uyğun olaraq sülhə gedən bir çox addımları pozmağa çalışırlar. Əlbəttə ki, heç bir halda onlar nəyəsə nail olmayacaq, bu birmənalıdır. İrəvan universitetindəki 3-5 nəfərin etirazı çox gülməlidir. Müəyyən qruplarla onlar bunu həyata keçirir, belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya bu kütləvi xarakterlidir, ancaq bu belə deyil. Qarabağ klanına aid olan hərbiçilərində dünən Tavuş istiqamətində hər hansı bir etiraz aksiyasına qoşulması ilə bağlı fikir yaratmağa çalışdılar, bu da doğru deyildi. Sonradan onların bir neçəsinin hərbi xidmətdə olmadığı üzə çıxdı. Hətta etiraz edənlərdən biri də Ermənistanın 15 hərbiçisinin yanıb öldüyü hərbi hissə kamandirinin oğlu idi. Bir daha biz görürük ki, Ermənistanın müdafiyə nazirliyi daxil olmaqla, klanlara bağlı olan terrorçu qruplaşmalarının planları əməli olaraq heç bir nəticə verməyəcək"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər