Azər Qismətin çin olan arzusu

Azər Qismətin çin olan arzusu
30 Apr 2024 10:12

Xəbər verdiyimiz kimi soydaşımız Ülviyyə Fətəliyeva çahmat üzrə Avropa çempionu olub. Bununla da soydaşımız Azərbaycanın idman tarixində bir ilkə imza atıb. Təbii ki, Ülviyyənin bu uğuru hər birimizi qürurlandırdı.

Məsələ ilə bağlı  News365.az -a danışan yazıçı publicist Azər Qismət deyib ki, uşaqlıqda daim iki xanım şahmatçının adını eşidərdim:

“Maya Çiburdanidze və Nonna Qaprindaşvili. Gürcülər. Pis olardım ki, bizim xanımlar şahmat tacını qazanmırlar. Sonra Aynur Sofiyeva, İlahə Vəliyeva və Firuzə Vəlixanlının uğuruna sevindim, lakin gürcü xanımlar kimi dünya çempionu deyildilər. Həmişə arzulamışam ki, bir azərbaycanlı xanım şahmat üzrə dünya çempionu olsun.

Bu gün Ülviyyə Fətəliyevanın Avropa çempionu olmasından çox sevindim və düşündüm: kaş, bizim xanım dünya çempionu tituluna da yiyələnsin. Təbriklər, Azərbaycan”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Azər Qismətin çin olan arzusu

Oxşar xəbərlər