Keçmiş nazir müavini milyon yarımlıq motosikletini atasının adına keçiribmiş

Keçmiş nazir müavini milyon yarımlıq motosikletini atasının adına keçiribmiş
30 Apr 2024 11:00

Rusiya mediası bu günlərdə rüşvət ittihamı ilə həbs edilmiş  müdafiə nazirinin müavini Timur İvanovla bağlı maraqlı məlumat yayıb. Qeyd edilir ki, nazir müavini 2022-ci ildə "MV Agusta" markalı bahalı motosikletini atasının adına keçiribmiş.

Gəlir hesabatına əsasən İvanov 2019-cu ildə motosiklet alıb. "AvtoFace" servisinin məlumatına görə də, 2018-ci il buraxılışı olan məlum motosiklet 27 mart 2019-cu ildən Timura məxsus olub. 2022-ci il iyunun 10-dan sonra isə texnika yeni sahibində olub. Yeni sahibin məlumatları keçmiş nazir müavinin atası Vadim Gennadieviç İvanovunki ilə üst-üstə düşür.

Oğlunun idman motosikletini atasına satması və ya hədiyyə etməsi məlum deyil.

"MV Agusta" İtaliyanın motosiklet istehsalçısıdır. İvanovun aldığı idman modeli saatda 245 kilometr sürət yığa bilir. Onlayn mənbələrə görə, 2018-ci il buraxılışı olan "MV Agusta Brutale Dragster 800" motosikletinin qiyməti 1,1 ilə 1,5 milyon rubl arasında dəyişir.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırmışdı. Bundan öncə isə İvanov rüşvət almaqda təqsirləndirilərək saxlanılıb. Timur İvanovun 1 milyard rubldan çox məbləğdə rüşvət aldığı bildirilir. Onun 15 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər