“Görüş üçün Qazaxıstanın seçilməsi düşünürəm ki, yaxşıdır“- Hikmət Babaoğlu

“Görüş üçün Qazaxıstanın seçilməsi düşünürəm ki, yaxşıdır“-  Hikmət Babaoğlu
30 Apr 2024 11:16

"Xarici İşlər Nazirlərinin görüşü üçün Qazaxıstan məkan seçilibdir, ancaq Qazaxıstanın xarici işlər nazirliyi bildirdi ki, biz vasitəçi deyilik"

Millət Vəkili Hikmət Babaoğlu bunu News365.az-a açıqlamasında deyib.

"Qazaxıstan bildirdi ki, biz vasitəçi deyilik, sadəcə görüş platforması yaradırıq. Bu o deməkdir ki, Azərbaycanın irəli sürdüyü prinsipial məsələdə biz vasitəsiz danışıqlar aparacayıq məsələsi gündəmdəri. Azərbaycan tərəfi yenə diqtə edir bu məsələni ki, vasitəsiz olacaq. Çünki istər 30 illik münaqişə dövründə, istər post müharibə dövründə diplomatik masa sübut etdi ki, vasitəçilərin olduğu görüşlər heç bir nəticə vermir. Amma sərhədlərin delimitaa, demarkasiyası ilə bağlı sərhəddə görüş keçirilən kimi dərhal nəticə əldə etdik. Ona görə də Qazaxıstan kimi neytral bir məkanın seçilməsi düşünürəm ki, yaxşıdır. İlk növbədə Azərbaycan buna razılıq vermişdi, sonra Ermənistan razılıq verdi. Bu da Ermənistanın bir sıra məqsədləri ilə bağlıdır.Ermənistanın gedişlərini, bəzən radikal. royal, sadəlöv kimi qiymətləndiririk, ancaq bütün bunların içərisində Ermənistanın özünəməxsus dəyişməz xətti var. Bu bəzən kənardan diqtə olunur, yönləndirilir, amma nəticə etibarilə Paşinyanın siyasətində bir ardıcıllıq var"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər