Putindən sonra Duqin də Karlsona müsahibə verdi - VİDEO

Putindən sonra Duqin də Karlsona müsahibə verdi  - VİDEO
30 Apr 2024 11:20

Beynəlxalq Avrasiya Hərəkatının lideri, tanınmış rusiyalı filosof Aleksandr Duqin jurnalist Taker Karlsona müsahibə verib.

News365.az xəbər verir ki, bu barədə amerikalı jurnalist məlumat yayıb. Müsahibənin videoyazısı Karlsonun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb. Müsahibənin təxminən 20 dəqiqə davam etdiyi bildirilir. Karlson deyib ki, çəkiliş Moskvada qeydə alınıb. Lakin müsahibənin dəqiq nə vaxt reallaşdığı açıqlamayıb.

Duqini tamaşaçılarına təqdim edən jurnalist onu Rusiyanın ən məşhur siyasi filosofu adlandırıb. 

"Onun ideyaları o qədər təhlükəli sayılır ki, Ukrayna hökuməti Duqinin qızını öldürdü. Onun kitabları ABŞ-də Bayden administrasiyası tərəfindən qadağan edilib. "Amazon" isə Duqinin kitablarını satmır", - Karlson bildirib.

Müsahibə zamanı Duqin və Karlson liberalizm ideyalarını və Qərbin Rusiyaya münasibətini müzakirə ediblər.

Duqin anqlo-saks dünyasının individualizmini də müzakirə edib. Onun fikrincə, fərdiyyətçilik insan təbiətini düzgün dərk etməməkdən yaranıb. 

Filosof deyib: “Fərdiyyətçiliyi insan və insan təbiəti ilə eyniləşdirəndə, digər hər şeylə bütün əlaqələri pozursan”.

O həmçinin vurğulayıb ki, Qərbdə rusofobiya sadəcə təsadüf hal, hansısa irrasional dəyişiklik deyil. Onun fikrincə, rusofobiyanın əsasında Rusiyanın Qərbin məhv etməyə çalışdığı ənənəvi dəyərləri müdafiə etməsi dayanır.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər