Quranı yandıran qadın kitabın üzərində niyə taxtadan hazırlanmış xaç tutub? - Tural İrfandan MARAQLI ŞƏRH

Quranı yandıran qadın kitabın üzərində niyə taxtadan hazırlanmış xaç tutub? -  Tural İrfandan MARAQLI ŞƏRH
29 Apr 2024 14:16

"İsveçin paytaxtı Stokholmda Ceyd Sandberq adlı bir qadın müqəddəs Quran kitabını yenidən yandırıb.Qadın Quranı, İslam əleyhinə çıxış edərkən yanan kitabın üzərində iki taxtadan hazırlanmış xaç tutaraq yandırıb. Hadisənin İsveç polisinin müşahidəsi altında keçirildiyi bildirilir. Demək, artıq dövlət səviyyəsində bu mənfur əməlin davamlı şəkildə ənənəvi xarakter alması qarşıya məqsəd qoyulub".

Bunu News365.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O xatırladıb ki, ötən ilin iyun ayında da Stokholmun mərkəzində Quran yandırılmışdı:

"Artıq tam məlumdur ki, bu Quranyandırma aksiyaları Qərb dairələri tərəfindən məqsədyönlü şəkildə təşkil edilir. Ələlxüsus qadının əlində xaç tutaraq bu işi icra etməsi açıq - aşkar xristian - müsəlman qarşıdurması yaratmağa hesablanıb. "İncəliyin, həssaslığın, mədəniyyətin, tolerantlığın, multikultural dəyərlərin" saxta carçısı olanlar, "demokratiya", "insan haqları" deyə bar-bar bağıranlar indi dilsiz - ağzsız kitaba qarşı barbarlıq edir, vandalizm aktları həyata keçirlər. Bu təxribatların sonu dünya müharibəsinə kimi apara bilər. Radikal qrupların, dinlərarsı münaqişənin, terrorun yaranmasına zəmin hazırlamaqla nə etmək istəyirlər? Təhrik edirlər ki, müsəlmanlar da İncili yandırsın və qanlı savaş başlasın? Ancaq müsəlmanlara görə İncil də, Tövrat da Allahın kitabıdır. Müsəlmanlar əsla bunu etməz".

"Mən inanmıram ki, Quranı yandıran qadın xristian olsun. O əlində xaç tutub Quranı yandırmaqla əslində özünü ifşa edib. Təxribata xidmət etdiyini, sifariş icra etdiyini sübut edib. Qəti şəkildə bu cür cinayətlərin qarşısı alınmalıdır. Müsəlman dövlətlərinin hər birinin bu silsilə Quranyandırma aksiyalarının qarşısını almaq üçün hərəkətə keçməsi vacibdir. Müqəddəs kitabları, Quranı yandırmaq haram, vəhşət və provakasiya yaratmağa cəhddir. Kitabı yandırmaq, təhqir etmək əslində o kitabın dəyərləri qarşısında aciz qaldığını sübut etməkdir. O kitabdakı gücün, qüdrətin qarşısında özünü rüsvay etməkdir Quranı yandırmaq. Bu hadisə Qərbin sözü ilə əməlinin əks olduğunu göstərir bir daha. Müsəlmanların nəbzini yoxlamaq, səbrini sınağa çəkməkdə odla oynayırlar. İki milyarda yaxın insanın etiqad etdiyi Kitabı bu cür aşağılamaq İsveçə çox ağır başa gələ bilər. Əlində xaç tutub Quranı yandıran isveçli qadın əslində o xaçda çarmıxa çəkildiyinə inandığı İsa Məsihi, onun anası Məryəmi də yandırmış oldu. Çünki Quranda Həzrət İsanın adı 23 yerdə, Məsih olaraq da 11 yerdə çəkilir. 34 dəfə də Həzrət Məryəmin adı çəkilir, "Məryəm" adında bir surə də var.

Cənnət qadınların sultanı olan 4 qadından biri də müsəlman inancına görə Həzrət Məryəmdir. Quranı yandıranların insan cildində şeytan olmaqları məlumdur. O şeytanları təhrik edən İblislər də məlumdur. Lənətləyir və nifrətimizi ifadə edirik!-deyə ilahiyyatçı fikirlərini yekunlaşdırıb.

May be an image of 3 people, fire and text that says 'LIS 6 32-3420 三'

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər