“Manyaklar ancaq sevdiyi qadınları qətlə yetirib...“- Elmir Əkbər

“Manyaklar ancaq sevdiyi qadınları qətlə yetirib...“-  Elmir Əkbər
30 Apr 2024 10:45

"Bir çox pasintlərim olan qadınlar şəxsiyyət pozuntusu olan birilərinin qurbanına çevriliblər"

Tanınmış psixoterapevt  Elmir Əkbər bunu News365.az-a açıqlamasında deyib.

"Sevgi çox əhəmiyyətli, önəmli bir məqamdır. Ailə qurmaq, münasibət qurmaq, hətta iş, peşə seçməkdə belə sevginin rolu çox böyükdür. Amma  xoşbəxtlik üçün sevgi yeganə inqirident deyil, bəzən insanın abırlı, kübar və alicənab xasiyyətli olmağı sevməyindən daha əhəmiyyətlidir. Manyaklar ancaq sevdiyi qadınları qətlə yetirib, hətta ətini yeyir. Ancaq sağlam insanlarla münasibət qurmaq lazımdır. Dostluq, düşmənlik belə. Mənim üçün düşmənimin abırlı, alicənab olmağı daha yaxşıdır, nəinki axmaq bir dost olmaqdan. Sevgi heş kimi aldatmasın"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər