9 hərbçinin öldüyü dəhşətli qəzadan görüntülər yayıldı - VİDEO

9 hərbçinin öldüyü dəhşətli qəzadan görüntülər yayıldı  - VİDEO
30 Apr 2024 10:00

Kolumbiyada narkotik kartelinə qarşı keçirilən əməliyyat zamanı helikopter qəzaya uğrayıb. News365.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro bildirib. “El Colombiano” qəzetinin yaydığı məlumata görə, qəza nəticəsində xeyli sayda əsgər həlak olub. 

Dövlət başçısı başsağlığında qeyd edib ki, orduya məxsus helikopterin "Fars körfəzi klanına" qarşı döyüş tapşırıqlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində ekipaj da daxil olmaqla  9 hərbçi ölüb. 

Hadisənin təfərrüatları açıqlanmayıb. Kolumbiya Silahlı Qüvvələrinin məlumatına görə, Hava Hücumu Aviasiya Diviziyasına məxsus Mi-17 helikopteri Bolivar ştatında qəzaya uğrayıb.

Xatırladaq ki, bir neçə gün öncə də oxşar faciə yaşanmışdı. Fevralın 23-də Kolumbiyada "Black Hawk" helikopterinin qəzaya uğraması nəticəsində 4 polis əməkdaşı həlak olmuşdu.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər