Baş prokurorluq təsdiqlədi: Koçaryanın mülkləri əlindən alınır

Baş prokurorluq təsdiqlədi:  Koçaryanın mülkləri əlindən alınır
29 Apr 2024 13:42

Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryanın varidatı əlindən alınacaq. News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, baş prokuror Anna Vardapetyan yayılan məlumatları təsdiqləyib. 

"Pokurorluq məhkəmədən Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və Çiçəklənən Ermənistanın partiyasının lideri Qaqik Tsarukyanın onlarla daşınmaz əmlakın və yüz milyonlarla dollar dəyərində vəsaitin müsadirə edilməsini tələb edir.  Onların mənşəyi qanunsuzdur", -Vardapetyan parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının iclasında deyib.

Qeyd edilir ki, prokurorluq Koçaryanın və onunla əlaqəli olan 7 nəfərin 25 daşınmaz əmlakını müsadirə etmək istəyir.  Onlar həmçinin hərbi canidən dövlətin xeyrinə 5 avtomobil və 4 milyon dollarlıq səhmləri müsadirə etmək istəyirlər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər