Krıma ballistik raketlər atılıb?

Krıma ballistik raketlər atılıb?
30 Apr 2024 11:06

"Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Krımı "ATACMS" raketləri ilə vurmağa cəhd edib". News365.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqov Telegram kanalında məlumat yayıb.

Roqov yazıb: “Bu gecə Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri "Krım Respublikasına" raket zərbəsi endiriblər". Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemi Cankoy və Simferopol üzərində mükəmməl şəkildə işləyib. "İlkin məlumatlara görə, onlar dinc yarımadaya hücum etmək üçün bir neçə "ATACMS" ballistik raketindən istifadə edib", - Roqov deyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər