“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb

“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb
29 Apr 2024 21:48

Almaniyanın ən böyük aviaşirkəti olan “Lufthansa” İranın paytaxtı Tehran şəhərinə uçuşların dayandırılması müddətini mayın 9-dək uzadıb.

Bu barədə aviaşirkətin saytında yerləşdirilən məlumatda deyilir.

“Lufthansa” bundan əvvəl aprelin 30-dək Tehrana uçuşları dayandırmışdı. Bu qərar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar qəbul edilib.


Youtube kanalımız

Oxşar xəbərlər