“Paşinyan böyük ehtimalla Putinin andiçmə mərasiminə getməyəcəkdir“- Hərbi ekspertdən ŞƏRH

“Paşinyan böyük ehtimalla Putinin andiçmə mərasiminə getməyəcəkdir“-  Hərbi ekspertdən ŞƏRH
30 Apr 2024 10:06

"Paşinyan böyük ehtimalla Putinin andiçmə mərasiminə getməyəcəkdir. Bununla Rusiyanı bir tərəfdaş kimi narazılığını bildirmək istəyir".

Hərbi ekspert İlham İsmayıl bunu News365.az-a açıqlamasında deyib. 

"Nəzərə alsaq ki, Ərdoğanın andiçmə mərasimində iştirak edən Paşinyan, Putinin andiçmə mərasimində iştirak etməyəcəksə burda alınan informasiyalar var ki, Paşinyanı ora getməkdən imtina etdirir. Erməni politoloqları  innaqurasiya məsələsi mayın 7-nə təyin olunanda və Paşinyanın ora dəvət olunması məsələsinə xüsusi olaraq Putin tərəfindən sərtlik nümayiş etdiriləcəyini demişdilər. Hətta fikirləşirlər ki, ayın 7-nə ona görə təyin olunub ki, mayın 8-i Avrasiya İqtisadi İttifaqının yubley günüdür və Ermənistanda dönəm başkanıdır, orada olacaqdır. Paşinyanın andiçmə mərasiminə getməməsi münasibətləri biraz da gərginləşdirəcəkdir. Bu gərginləşmə özünü nə qədər açıq göstərəcək. Rusiyanın Ermənistana kifayət qədər iqtisadi, siyasi cəhətdən təsirləri var. Amma bu yaxın vaxtlarda Rusiya-Ukrayna müharibəsinin daha gərgin bir vaxtında Ermənistanda hansı formada mümkündür"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər