“Ermənistan dəhlizinin açılması prosesini bloklamağa çalışır“ - Oqtay Qasımov

“Ermənistan dəhlizinin açılması prosesini bloklamağa çalışır“ -  Oqtay Qasımov
30 Apr 2024 11:31

"Bakıya dəqiq mina xəritələrinin verilməməsi qarşılıqlı etimad məsələsinə zərbə vurur.

Politoloq Oqtay Qasımov bunu News365.az-a açıqlamasında deyib.

"10 noyabr üçtərəfli bəyanatın 9-cu maddəsində Zəngəzur dəhlizinin açılması ayrıca bir bənd olaraq qəbul olunmuşdur. Ermənistan bir formada bu prosesi bloklamağa çalışır ki, bu da qəbuledilməzdir. Ermənistan qanunvericilik aktlarında və konstusiyasında Azərbaycana və qardaş Türkiyəyə qarşı olan ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasını istəyirik. Minalanmış sahələrin xəritələrinin verilməməsi tərəflər arasında qarşılıqlı etimad məsələsinə zərər vurur, eyni zamanda bizim vətəndaşlarımız mina terrorundan əziyyət çəkir, onun qurbanı olurlar"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər