Rus ordusu Ukraynanın bu ərazisini də ələ keçirdi

Rus ordusu Ukraynanın bu ərazisini də ələ keçirdi
15:08

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Andreyevka kəndini ələ keçirib. 

News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Kənd rayonun qərbindəki Volnovax rayonunda, Kuraxovodan 15 km, Donetsk şəhərindən isə təxminən 40 km qərbdə yerləşir. 

Qeyd edək ki, dünən, martın 5-də Rusiya Silahlı Qüvvələri Andreyevka yaxınlığındakı Privolnoye kəndinin tutulduğunu elan edib.


Sizin reklam burada
Sizin reklam burada