Rus içindəki Hindi unutmadı, Türk içindəki Çinlini atdı

Rus içindəki Hindi unutmadı, Türk içindəki Çinlini atdı
09:14
Rus imperiyası Qarnizonlarını bu coğrafiya yerləşdirdikdən sonra mərkəz olaraq Tiflisi seçdi, Osmanlı və Qacar qarşısında siyasi hakimiyyətini Hərbi güc olaraq "Sərhədlərim" olaraq elan etdi.
Rusun bu coğrafiyada son sərhədi Qafqaz müdaxiləsi olaraq tamamlandı,
Sonra Qafqazın içindəki "qarnızonlaşma" başladı.
Rus kimliyinin əsası Qarnizon üzərindən tanınar,
Hamı qarnizona aiddır,
Qarnizonun içində isə mərtəbələr vardır,
Əmrin icrası əsasdır, əmr sorğu sual edilməz,
Qarnizon kimlikləşmə "xalq" kimliyi deyildir,
Bir qrupun Yeri digərlərinə "Aidlik kimi" göstərilir və o digərləri O yerə aid edilir,
Ləzgi, osetin, çuvaş, kalmık, tatar, avar və bu kimi 195 kimlik Rus qarnizonun içində barak -qarnizon həyatına keçid etdi.
1700 dən sonra Qarnizonlaşmada iştirak edənlər Rusa aid edilənlər, 1800 dən 1900 lara qədər 7 milyon olaraq Sərhədlərin qorunması və qarnizonların qurulması üçün Uzaq şərqdən, Valdikavkaz və Zaqafqaza qədər yerləşdirildi.
Sürgün qarnizonların yaşaması üçün əsas oldu.
Və Ruslaşma, Rusa Aid edilmə başladı.
Rusa Aid edilən kimliklər arasında tək fərq müsəlman kimlikləşmədəki ziddiyyətlər idi,
Bu ziddiyyəti necə həll etdi?
Rus kimlik olaraq müsəlman dünyanın qurduğu təsəvvürün qarşısında olan deyildi,
Rus ərəb hegemoniyasının qurduğu dünyadan çıxan kimlikdir.
Ərəbləşən dünyanın tanıması ilə tarixin içinə girdi.
Ərəb və Din ayrı ayrı oxunmalıdır,
Peyğəmbərdən sonra qurulan hegemoniya Ərəbə aiddir, dinə aid deyildir,
Dinin tanıtmağ istədiyini Ərəbin tanıtmaq istədiyi ilə səhv salmamalıyıq.
Əməvi hegemoniyası Ərəbə aiddir,
Abbaslərin gəlişi isə Ərəblə qeyri kimliklərin hesablaşma dönəmidir,
Səlcuqlunun müdaxiləsi isə Ərəbin tarixin içindən çıxmasıdır.
Səlculqlu ilə Rus da tarixə eyni dönəmdə girdi,
İki kimlik, hər ikisi Türk və Rus islamın yanında və qarşısında ortaya çıxan güclərdir.
Biri imanın, digəri onun qarşısında yer aldı.
Rus Hindin ağ üzlüsü, Türk Çinin gözü açığı olaraq yeni tarixin quruculuğu dönəmini başladılar.
Rus içindəki Hindi unutmadı, Türk içindəki Çinlini atdı,
Biri unutmadığının kölgəsi, digəri isə Yeni bir dönəmlə Özü oldu.
İki kimlik hələ də yenidir və tarixin içində öz yerlərini qoruyurlar.
Idris Heydərli, publisist

Sizin reklam burada
Sizin reklam burada