Lənkəranda itkin düşən balıqçı ilə bağlı yeni məlumat var

Lənkəranda itkin düşən balıqçı ilə bağlı yeni məlumat var
16:58

İranın sosial şəbəkələrində yayılan məlumatlara görə, Bəndər-Ənzəli şəhərində, Ənzəli limanı ərazisində bir balıqçının meyiti tapılıb. Ehtimal edilir ki, bu şəxs iki ay əvvəl Lənkəranda itkin düşən balıqçılardan biri, Mahmud İbayevdir.

News365.az xəbər verir ki. Mahmud İbayevin qardaşı Rəşad İbayev sosial şəbəkələrdə paylaşılan şəkildən onun cəsədi olduğunu təsdiqləyib.

Hazırda o, qardaşının nəşini Azərbaycana gətirmək üçün aidiyyəti qurumlardan kömək istəyir.

Rəşad İbayev – qardaşı: “Qardaşımın cəsədi 7 saat əvvəl İranın Bəndər-Ənzəli şəhərində balıqçılar tərəfindən tapılıb. Hazırda oradadır. Biz hökumətdən dəstək istəyirik. Ya bizi ora göndərsinlər, ya da cəsədi gətirməyə kömək etsinlər ki, onu Azərbaycanda dəfn edək. Şəkildə gördüyümüz kombinzon, köynək, əlcək, papaq hamısı ona məxsusdur.”

Xatırladaq ki, bu ilin yanvar ayında Lənkəranın Siyavar kənd sakini, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov Xəzər dənizində balıq ovuna çıxaraq itkin düşmüşdülər. Daha əvvəl Nazim Abbasovun meyiti tapılaraq ailəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Sizin reklam burada
Sizin reklam burada