Koçaryanın oğlu Paşinyanı satqın hesab edir

Koçaryanın oğlu Paşinyanı satqın hesab edir
09:05

Ermənistanda ara qarışıb. Revanşislərlə Paşinyan qruplaşması yenidən üz-üzə gəlib. Və görünən odur ki, bu dəfə hər iki tərəf qətiyyətlidir və qarşı tərəfə güzəştə getmək fikrindən çox-çox uzaqdır. Ona görə də tərəflər bir-birlərinin ən ağır şəkildə ittiham edir, “günah keçisi” axtarır.

News365.az xəbər verir ki, ötən gün Ermənistan Milli Assambleyasında jurnalistlərlə söhbətində “Ermənistan” blokundan olan deputat Levon Köçəryan deyib ki, Azərbaycan üçün son illərdə Nikol Paşinyanın başçılıq etdiyi hakimiyyət böyük hədiyyədir:

“Bu hakimiyyətin getməsinə təhlükə yarada biləcək hər şey təbii ki, orada çox pis reaksiyaya səbəb olacaq”.

2018-ci ildə dövlət məmurları Radio Evinin ərazisinə daxil olan vətəndaşlara atəş açmalı idimi sualına deputat belə cavab verdi:

“Hökumətin güc tətbiq etmək müstəsna hüququ var. İndi geriyə qayıdıb onu qiymətləndirmək istəmirəm. Amma qanunda nəzərdə tutulmuş hallar varsa, səlahiyyətlilərin belə hüququ var” Köçəryan əlavə edib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada