Gəncədə doğuş zamanı ana və körpəsi dünyasını dəyişib

Gəncədə doğuş zamanı ana və körpəsi dünyasını dəyişib
16:50

Gəncədə doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.

Hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində qeydə alınıb.

News365.az xəbər verir ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Zülfiyə Yusibova hamiləliyinin 31-ci həftəsində xəstəxanaya müraciət edib. Təəssüf ki, doğuş zamanı ana və bətnindəki körpə vəfat edib. Qeyd olunur ki, bu, uzun müddət övladı olmayan qadının ilk hamiləliyi olub.

Həkim İradə Vəliyeva bildirib ki, 1984-cü il təvəllüdlü Zülfiyə Yusibova Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsinə ağır vəziyyətdə hospitalizasiya edilib.

Onun təxmini diaqnozu 30 həftəlik dəqiqləşdirilməmiş hamiləlik və dəqiqləşdirilməmiş tromboemboliya olub.

Bütün tibbi müdaxilələrə baxmayaraq, ananın və körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada