Türkiyə Ukraynaya qoşun göndərir? - Rəsmi REAKSİYA

Türkiyə Ukraynaya qoşun göndərir? - Rəsmi REAKSİYA
15:23

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya səfərindən sonra Türkiyənin bu ölkəyə sülhməramlı göndərəcəyi barədə xəbərlər yayılıb.   

Qərb mətbuatında yayılan məlumatlara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bu məsələni müzakirə etdiyi deyilir.   

“Məlumatlı mənbələrə görə, NATO-da ABŞ-dən sonra ikinci ən böyük orduya sahib olan Türkiyə Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır”, - "Bloomberg" yazıb.

News365.az-ın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Ukraynaya sülhməramlılarının göndərilməsinin mümkünlüyünə münasibət bildirib. 

Nazirlikdəki mənbələr mətbuata açıqlayıb ki, sülh üçün ehtiyac olacağı təqdirdə, lazımi qiymətləndirmələr aparıla bilər.  “Bizim fikrimiz ondan ibarətdir ki, ədalətli və davamlı sülhə hər iki tərəfin bərabər və ədalətli təmsil olunması ilə nail olmaq olar. Bu prosesdə ölkəmiz regionda sülhün təmin edilməsi, Qara dənizin sülh dənizi kimi qorunması və Ukraynanın bərpası üçün hər cür konstruktiv təşəbbüsləri dəstəkləməyə davam edəcək”, - açıqlamada qeyd olunub. 


Sizin reklam burada
Sizin reklam burada