"Mədəni varlığımızın əsasını o kəslər qoyub" - Fazil Mustafa

"Mədəni varlığımızın əsasını o kəslər qoyub" - Fazil Mustafa
00:44

Milli Məclisin deputatı Fazil Mustafa sosial media hesabında paylaşım edərək, Azərbaycan tarixində önəmli şəxsiyyətlərdən bəhs edib. O, tarixi şəxsiyyətləri mifologiya, din, məzhəb, təriqət və siyasət vasitəsilə müqəddəsləşdirməyi tənqid edib və bildirib ki, tarixdən müqəddəsləşdiriləcək şəxsiyyətlər, əslində, çağdaş mədəni varlığımızın əsasını qoyanlardır.


Fazil Mustafa qeyd edib ki, müasir düşüncə sistemimizin qurulmasında Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi kimi maarifçilərin rolu böyük olub. O, həmçinin vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə milli kimliyimizin formalaşmasında mühüm rol oynayıb və mühacirətdə olduğu illərdə belə, milli dəyərlər uğrunda mübarizəsini davam etdirib.


Deputat paylaşımında 6 mart tarixinin Məhəmməd Əmin Rəsulzadənin anım günü olduğunu xatırladaraq bildirib: “Ruhu şaddır, çünki Azərbaycan azaddır!”



Sizin reklam burada
Sizin reklam burada