Bu ölkədə Təhsil Nazirliyi ləğv edilir

Bu ölkədə Təhsil Nazirliyi ləğv edilir
09:09

ABŞ Prezidenti Donald Tramp ABŞ Təhsil Nazirliyinin ləğvinə dair sərəncam imzalamağı planlaşdırır. 

News365.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, bu sərəncamla təhsil naziri Linda Makmahona nazirliyin bağlanması üçün zəruri tədbirləri görmək tapşırılır. Sənəddə federal təhsil nəzarətinin uğursuz olduğu və təhsil sahəsində səlahiyyətlərin ştatlara qaytarılmasının vacibliyi vurğulanır. 

Bu təşəbbüs Trampın keçid dövründən bəri müzakirə olunur, lakin ciddi hüquqi və siyasi maneələrlə üzləşə bilər, çünki Konqresin iki partiyasının dəstəyini tələb edir. 

Məlumata görə, “Heritage Foundation”un “Project 2025” planı çərçivəsində nazirliyin funksiyalarının yenidən bölüşdürülməsi təklif olunur: vətəndaş hüquqları nəzarətinin Ədliyyə Nazirliyinə, tələbə kreditlərinin isə xəzinədarlığa ötürülməsi nəzərdə tutulur.

Bununla belə, bu addım mübahisəli hesab olunur və Demokratlar tərəfindən ciddi etirazlarla qarşılanır.


Sizin reklam burada
Sizin reklam burada