Bu
günlərdə daha bir intihar xəbəri yayıldı. Beləki, buraxılış imtahanından uğurlu
nəticə əldə edə bilməyən gənc özünə qəsd edib.
Məsələ
ilə bağlı News365.az-a danışan həkim Vaqif
Qarayev deyib ki, çox təəssüf ki, hər il gözlədiyimiz ən pis xəbər gəlir:
“Təhsili
bu qədər fetişləşdirmək, bütləşdirmək nəyə lazımdır?! Heç bir təhsil uşağın sağlamlığını
əvəz edə bilməz. İntihar hadisələrində hamı günahkardı. Məktəb də, repetitor
da, ailə də, mühit də...
Sizin
uşağınız azı bir il hazırlığa gedir. Bu müddət ərzində onun bilik səviyyəsini öyrənmək
elə də çətin deyil. Repetitor bunu valideynə deməlidir. Özüdə vaxtında deməlidir.
Sınaqda yığdığı ballar da valideynə
siqnal olmalıdır. İndi qəbul imtahanı
yaxınlaşdıqca psixoloq axtaran valideynlərin sayı çoxalır, həmişəki kimi. Zorlamayın
uşaqları. Heç kim başından yuxarı tullanmayacaq”.
News365.az