Aprelin 1-dən iyunun 13-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək.
News365.az xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib.
Toplanışın hər bir iştirakçısı müəyyən edilmiş qaydada 25 təqvim günü ərzində təlim keçəcək.