Bu şəxslər cərimələnəcək

Bu şəxslər cərimələnəcək
16:07

Düzqışlaq kəndində yol kənarlarına atılmış məişət tullantıları nəzərdə tutulmuş zibil poliqonuna daşınaraq iməcilik təşkil olundu.

News365.az xəbər verir ki, mütəmadi olaraq reydlər keçiriləcək, məişət tullantılarını yol kənarına atan sakinlər polis əməkdaşları tərəfindən cərimələnəcək.

Bu halların təkrarlanmaması üçün sakinlərdən xahiş olunur ki, tullantıları yol kənarına deyil, həftədə iki dəfə xidmət göstərəcək zibil maşınına atsınlar.

Aylıq xidmət haqqını ödəməkdə çətinlik çəkən az gəlirli ailələr isə bu ödənişdən azaddırlar.


Sizin reklam burada
Sizin reklam burada