"Azərbaycan cəmiyyətində qadın layiq olduğu mövqedədir"- Hikmət Babaoğlu

"Azərbaycan cəmiyyətində qadın layiq olduğu mövqedədir"- Hikmət Babaoğlu
14:57

"Azərbaycan qadını bu gün ölkənin Birinci vitse-prezidentidir. O, həmçinin ailə qanunverici orqanı – Milli Məclisin sədri və akademikdir. Azərbaycan qadını bu gün Ailə Qadın və Uşaq məsələləri üzrə komitə  sədridir. O, eyni zamanda millət vəkili, iqtisadi münasibətlərin təşəbbüskarı, iş adamı, biznesmen, mədəniyyət xadimi və Bəstəkarlar İttifaqının sədridir."

Milli Məclisin deputatı Hikmət Babaoğlu bu sözləri News365.az-a açıqlamasında deyib. 

Başqa sözlə, Azərbaycan cəmiyyətində qadın layiq olduğu mövqedədir. Qarşıdakı mərhələlərdə də Azərbaycan qadını cəmiyyətin bütün funksional, elmi və mədəni həyatında fəal iştirak edəcək. Bu gün Azərbaycan qadını ictimai, mədəni, elmi və iqtisadi münasibətlərin zirvəsində yer alır. Ailə dəyərlərinin qorunması və təbliğində də aparıcı qüvvə qadınlarımızdır.

Tarix boyu Azərbaycan qadını cəmiyyətin aparıcı gücü olub. Bu gün də öz funksiyasını layiqincə yerinə yetirir. Unutmamalıyıq ki, tarixdə ilk qadın hökmdar da məhz bizim cəmiyyətimizə məxsusdur – Tomris ana. İlk qadın diplomat isə Uzun Həsənin anası Sara xatundur. Azərbaycan cəmiyyəti tarix boyu igid qadınlar yetişdirib və bu qəhrəmanlıq ənənəsi Nigar anadan Tomris anaya, oradan da bu gün Vətən uğrunda döyüşən qadınlara qədər davam edir. Azərbaycan qadınının şücaətinin ən son nümunələrindən biri də təyyarə bələdçisi kimi fədakarlıq göstərən və “Rəşadət” ordeni ilə təltif edilən Hökumə xanımdır.

Azərbaycan qadını həm I, həm də II Qarabağ müharibəsinin iştirakçısı, döyüşçüsüdür. O, daim zirvədə olub və bundan sonra da eyni ucalıqda qalacaq, hər zaman ehtirama və diqqətə layiq olacaq.


Sizin reklam burada
Sizin reklam burada