Rumıniya üç Rusiya PUA-sını vurmaq üçün 1,5 milyon avro xərcləyib

Rumıniya üç Rusiya PUA-sını vurmaq üçün 1,5 milyon avro xərcləyib
20:40

Rumıniya son üç gün ərzində hava məkanını pozan üç Rusiya pilotsuz uçuş aparatını vurmaq üçün təxminən 1,5 milyon avro xərcləyib.

News365.az xəbər verir ki, bu barədə Digi24 məlumat yayıb.

Bildirilib ki, xərclərin böyük hissəsini Rumıniya Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarından buraxılan AIM-9X tipli raketlərin dəyəri təşkil edib.

Rumıniya rəsmiləri hazırkı antidron müdafiə modelinin baha başa gəldiyini qeyd edərək, daha ucuz və səmərəli sistemlərin 2027-ci ildə istifadəyə veriləcəyini gözlədiklərini bildiriblər.



Sizin reklam burada
Sizin reklam burada