Rihannanın malikanəsi gülləbaran edildi

Rihannanın malikanəsi gülləbaran edildi
10:09

Los-Anceles polisi ABŞ-li məşhur müğənni Rihannanın Beverli-Hillzdəki evinə atəş açmaqda şübhəli bilinən 30 yaşlı qadını həbs edib.

News365.az xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir qadın maşından ulduz sənətçinin ​​evinə təxminən 10 atəş açıb, güllələr malikanənin divarına dəyib.

Hadisə baş verən zaman müğənninin evdə olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.

Müğənninin evinə hücum edən şəxsin motivləri barədə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada