Efirlərdən uzaq düşən Nəfəs, Vəfa və Aysunun "İnstagram"ı BAĞLANDI - VİDEO

Efirlərdən uzaq düşən Nəfəs, Vəfa və Aysunun "İnstagram"ı BAĞLANDI - VİDEO
17:12

Son günlər sosial şəbəkələrdə maraq doğuran mövzulardan biri də bəzi tanınmış müğənnilərin "yoxa çıxması" olub.

 

News365.az xəbər verir ki, efirlərdən uzaq düşən sənətçilər - Nəfəs, Vəfa Şərifova və Aysun İsmayılovanın Instagram hesablarının bir müddətdir bağlı olması istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

 

İzləyicilər sənətçilərin sosial mediadan uzaqlaşmasının səbəblərini müxtəlif cür şərh edərkən, məsələ ilə bağlı ilk açıqlama Vəfa Şərifovadan gəlib. Müğənni bildirib ki, səhifəsini çoxsaylı şikayətlərə görə qorumaq məqsədilə müvəqqəti olaraq bağlayıb.

 

Digər sənətçilərin isə hesablarını niyə deaktiv etməsi hələlik açıqlanmayıb. Bu durum sosial şəbəkələrdə fərqli ehtimalların irəli sürülməsinə və müzakirələrin daha da artmasına səbəb olub. \milli.az

 


Sizin reklam burada
Sizin reklam burada