Bu səfirliyimiz iki gün işləməyəcək

Bu səfirliyimiz iki gün işləməyəcək
05 Noy 2026 23:20

Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək.

News365.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin X sosial şəbəkə hesabında elan yayılıb.

"8 Noyabr - Zəfər Günü və 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 09.11.2026-10.11.2026-cı il tarixlərində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi və Konsulluq Bölməsi fəaliyyət göstərməyəcək", - məlumatda bildirilib

Elanda Konsulluq bölməsinin qaynar xətt nömrəsi qeyd olunub: 55 1190 7092


Sizin reklam burada
Sizin reklam burada