Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
11:05

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq.

News365.az-ın məlumatına görə, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək.

Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Provayderlərdən çəkilmiş telefon, kabel televiziyası və ya optik kabel vasitəsilə internetə qoşulan evlərdə "sabit çıxış", mobil telefon, data kart və USB modem vasitəsilə qoşulan evlərdə isə "simsiz çıxış" qeydi aparılacaqlar.

Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq./// oxu.az


Sizin reklam burada
Sizin reklam burada