Ayın səthində nəhəng asteroid və ya kometa parçasının zərbəsi nəticəsində yaranmış, əvvəllər qeydə alınmamış krater aşkarlanıb.
News365.az xəbər verir ki, NASA-nın Lunar Reconnaissance Orbiter kosmik aparatının arxiv görüntülərinin təhlili nəticəsində krater müəyyən edilib.
Tədqiqatçıların məlumatına görə, krater 2024-cü ilin mayında baş vermiş kosmik toqquşma nəticəsində yaranıb. Onun diametri təxminən 222 metr, dərinliyi isə 43 metrdir.
Zərbənin gücü nəticəsində Ayın səthindən qopan torpaq və daş parçaları 100 kilometrdən artıq məsafəyə yayılıb.
Alimlər bu hadisəni Günəş sistemində son dövrlərdə qeydə alınmış ən böyük zərbə krateri kimi qiymətləndirirlər. Kəşf gələcəkdə Ayda qurulması planlaşdırılan yaşayış məntəqələrinin kosmik daşlardan qorunması baxımından da əhəmiyyətlidir.