Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin VƏZİYYƏTİ AĞIRDIR

Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin VƏZİYYƏTİ AĞIRDIR
09:25

"Dünən mağazadan çıxarkən halı pisləşib, yıxılıb".

News365.az xəbər verir ki, sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında Nazim Pişyarinin (Faytonçu) səhhətindən danışıb:

"Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir".

K.Həsənli N.Pişyarinin bir müddət əvvəl əməliyyat olunduğunu da bildirib:

"Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi".