Qubada ağır qəza: Yaralılar var - FOTO

Qubada ağır qəza: Yaralılar var - FOTO
05 İyl 2026 15:40

Qubanın Rustov kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"VAZ-2107" markalı minik avtomobilinin yolun kənarında dayanan yük maşını ilə toqquşması nəticəsində minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

İlkin məlumata görə, onlardan 2-si ağır, 1-i isə yüngül dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb. (Bizim.Media)







Sizin reklam burada
Sizin reklam burada