Oğul 73 yaşlı anasını toyuq-cücəyə görə DÖYDÜ

Oğul 73 yaşlı anasını toyuq-cücəyə görə DÖYDÜ
14:20

Sabirabadda qadın oğlu tərəfindən döyülüb.

News365.az Xitab24-ə istinadən xəbər verir ki, hadisə Yuxarı Axtaçı kəndində qeydə alınıb.

Ananın döyülməsinə səbəb olan mübahisə nahar zamanı baş verib. Belə ki, nahar vaxtı toyuqlar masanın üzərinə çıxıb, bu zaman Əhməd Soltanov (soyad şərtidir) sərxoş vəziyyətdə ev quşlarını söyüb.

Anası isə oğluna "Toyuğun ətini, yumurtasını yeyirsən, niyə söyürsən?" deyə irad bildirib.

Bundan sonra tərəflərin mübahisəsi gərginləşib. Ailə münaqişəsi zəminində Əhməd 73 yaşlı anasının baş və bədəninin müxtəlif nahiyələrinə təpik, yumruq zərbələri endirib.

Hadisədən dərhal sonra qadın oğlu barədə polisə müraciət edib. Cinayət işi ilə bağlı Sabirbad Rayon Məhkəməsində keçirilən prosesdə ana oğlundan şikayətçi olduğunu, ona ən ağır cəzanın verilməsini istəyib

O, ifadəsində bildirib ki, oğlu spirtli içki aludəçisi olduğu üçün aralarında tez-tez mübahisələr yaşanır. Qadın öz təqaüdü ilə onun ailəsinə baxdığını da bildirib.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs 1 il müddətinə azadlıqdan məhrum edilib.


Sizin reklam burada
Sizin reklam burada