Kişilərin içkilərinə dərmanlar qatıb öldürürdü - Cənubi Koreya bu qadından danışır - FOTO

Kişilərin içkilərinə dərmanlar qatıb öldürürdü - Cənubi Koreya bu qadından danışır - FOTO
17:50

Cənubi Koreya prokurorluğu kişilərin içkilərinə yüksək dozada sakitləşdirici dərmanlar qatan Kim So Yon üçün ölüm cəzası tələb edib.

News365.az xəbər verir ki, onun əməlləri nəticəsində iki nəfər ölüb, daha dörd nəfər zərər çəkib.

"O, iki nəfəri öldürmək və dörd nəfərin sağlamlığına ağır zərər vurmaqla cinayət törədib. Qadına maraq göstərən qurbanlar təhlükə hiss etmədikləri bir anda həyatdan məhrum ediliblər ki, bu da cinayəti xüsusilə dəhşətli edir", - prokurorluq bildirib.

Kim So Yon içkilərə sakitləşdirici və yuxu dərmanı qatıb. O, kişilərlə kafelərdə və otellərdə görüşüb, müxtəlif bəhanələrlə onlara bu mayeləri enerji içkisi və ya spirtli içki adı ilə verib. 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək o, 20-30 yaşlarında olan üç kişiyə belə içkilər verib.

Onlardan ikisi dərman intoksikasiyası nəticəsində ölüb, biri isə sağ qala bilib. Bu epizodlarla bağlı ona silsilə qətllər ittihamı irəli sürülüb. Aprelin sonunda isə oktyabr-yanvar ayları arasında daha üç kişiyə yüksək dozada güclü təsir göstərən dərmanlar verməsi ilə bağlı əlavə ittihamlar irəli sürülüb. Onlar da zərər çəkiblər.

Prokurorluq hesab edib ki, təqsirləndirilən şəxs gənc kişilərdən "öz istehlak tələblərini təmin etmək" üçün istifadə edib. Yuxu dərmanı isə "münaqişəli vəziyyətlərdən qaçmaq" üçün lazım olub. Təqsirləndirilən şəxs özü isə dərmanları guya təqib və zorakılıq cəhdlərindən yayınmaq üçün içkilərə qatdığını israr edib.

Bu barədə ilk dəfə məlumat yayılanda internet istifadəçiləri qadının sosial şəbəkələrdəki hesabını aşkar ediblər. Qətllərdə təqsirləndirilən şəxsin hədsiz gözəlliyi təəccüb doğurub. Daha sonra hakimiyyət orqanları şübhəli şəxsin sosial şəbəkələrdəki obrazından nəzərəçarpacaq dərəcədə fərqlənən fotolarını yayıblar.

Qurbanlarının içkilərinə qatdığı dərmanları Kim So Yon özü üçün nəzərdə tutulmuş reseptlə əldə edib. İstintaqın versiyasına görə, o, dərmanları əldə etmək üçün özündə travmadan sonrakı stres pozuntusunun olduğunu göstərirmiş. Polis daha sonra təqsirləndirilən şəxsin xarakterini qiymətləndirib və onun psixopatik pozuntudan əziyyət çəkə biləcəyi qənaətinə gəlib.

Məhkəmənin hökmü avqustun 27-də elan etməsi planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada