Azərbaycanın Macarıstandakı səfiri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşdü

Azərbaycanın Macarıstandakı səfiri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşdü
19:32

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstandakı səfiri ilə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Azərbaycanın Macarıstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova ilə görüşüb.

17 avqust 2026-cı il tarixində keçirilən görüşdə Aktotı Raimkulova Esmira Cəfərovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı türk xalqlarının zəngin mədəni irsinin qorunması, araşdırılması və təbliği istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin Fondun qarşıdakı dövr üçün müəyyən etdiyi prioritetlər və türk dünyasının ortaq mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına yönəlmiş yeni təşəbbüslər müzakirə edilib.

Fondun prezidenti Macarıstanla əməkdaşlığın genişləndirilməsinin təşkilatın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, Macarıstandan olan nümayəndələr Fondun müxtəlif layihələrində fəal iştirak edirlər.

Səfir Esmira Cəfərova isə Fondun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib. O, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.



Sizin reklam burada
Sizin reklam burada