“Gənclik Mall”da təhlükəsizlik siqnalı verildi, vətəndaşlar təxliyə olundu

“Gənclik Mall”da təhlükəsizlik siqnalı verildi, vətəndaşlar təxliyə olundu
10:07

Nərimanov rayonunda, Fətəli Xan Xoyski küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzində təhlükəsizlik siqnalı verilib.

News365.az-ın Bakıvaxtı.az-a istinadən məlumata görə, belə ki, ticarət mərkəzində qəfil təhlükəsizlik siqnalı işə düşüb və müştərilərin təxliyəsinə başlanılıb. Təxliyənin əvvəlcədən elan edilməməsi bəzi müştərilər arasında çaşqınlıq və narahatlıq yaradıb. 

Ticarət mərkəzindən kənara çıxarılan şəxslər sonradan təxliyənin təlim xarakterli olduğunu anlayıblar.

Hadisə zamanı hər hansı real təhlükənin olub-olmadığı və təlimin hansı məqsədlə keçirildiyi ilə bağlı əlavə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada