Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi həyata keçirilib.
News365.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 103 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi qulluqçusu qarşı tərəfə təhvil verilib.
Qeyd olunub ki, azad edilən rusiyalı hərbçilər hazırda Belarus ərazisindədir. Onlarla ombudsman Yana Lantratova işləyir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hərbçilərin əsirlikdən qaytarılması prosesində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəçilik səyləri göstərib.