"NASA yeni kraterin görüntülərini yayımladı" - Ayda raket izi

"NASA yeni kraterin görüntülərini yayımladı" - Ayda raket izi
13:34

NASA-ya məxsus kosmik aparat bu ayın əvvəlində “SpaceX” raketinin Ay səthinə çırpılması nəticəsində yaranan kraterin görüntülərini əldə edib.

News365.az xarici mediaya istinadən xəbər verir ki, “Falcon 9” raketinin idarəetmədən çıxmış yuxarı pilləsi avqustun 5-də saatda təxminən 8 min 700 kilometr sürətlə Ay səthinə çırpılıb.

2025-ci ilin yanvarında Aya iki eniş aparatı daşıdıqdan sonra orbitdə hərəkətsiz qalan və təxminən 4,9 ton ağırlığında olan raket hissəsi toqquşmaya qədər kosmosda nəzarətsiz şəkildə hərəkət edib.

NASA “Lunar Reconnaissance Orbiter” (Ayın Kəşfiyyat Orbiti Aparatı) tərəfindən avqustun 11-i və 12-də çəkilmiş yeni görüntüləri yayımlayıb.

Toqquşma ərazisinin əvvəlki və sonrakı görüntülərinin müqayisəsi Ay səthində yaranan parlaq çuxuru üzə çıxarıb.


Sizin reklam burada
Sizin reklam burada