Daha bir bloger saxlanıldı

Daha bir bloger saxlanıldı
10:30

Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloqer hava limanında saxlanılıb.

News365.az xəbər verir ki, Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına çıxarılıb.

Ona qarşı Cinayət Məcəlləsinin  206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Səbai rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, əgər onun bu əməli sübuta yetirilərsə, xanım bloqeri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.


Sizin reklam burada
Sizin reklam burada