İndoneziyanın Şərqi Nusa Tenqara əyalətində baş verən dəhşətli təbiət fəlakətinin fəsadları ağırlaşmaqda davam edir. Avqustun 15-də baş verən 7,7 maqnitudalı güclü zəlzələ və ardından qeydə alınan sunami dalğaları bölgədə böyük dağıntılara və insan tələfatına səbəb olub.
News365.az son məlumatlara əsasən fəlakət zonasındakı vəziyyəti bildirir.
İnsan itkiləri və evsiz qalanlar: Zəlzələ nəticəsində həyatını itirənlərin sayı 70-ə çatıb, 1182 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Təxminən 40 min sakinin evi dağılıb və ya yaşayış üçün yararsız hala düşüb.
Dağılan infrastruktur: Təbii fəlakət 12 minə yaxın mənzilə, 663 məktəbə, 184 dövlət idarəsinə, 182 xəstəxanaya və 173 ibadət evinə ciddi ziyan vurub. Bir çox yollar və körpülər sıradan çıxıb.
Sunami təhlükəsi: “Reuters”in məlumatına görə, yerləyən təkanlardan sonra sahilyanı ərazilərdə hündürlüyü 1 metrə çatmayan sunami dalğaları müşahidə olunub.
Xilasetmə və bərpa işləri: Ərazidə axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir. Zərər çəkmiş rayonların böyük hissəsində elektrik enerjisinin verilişi artıq bərpa edilib.
News365.az