Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu
15 Yan 2025 23:45

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə minəcək.


News365.az xəbər verir ki, bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani bildirib.


“Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi 42 gün davam edəcək və bu müddət ərzində növbəti mərhələnin şərtləri müəyyənləşəcək”, - o deyib.


Qətərin baş naziri təsdiqləyib ki, HƏMAS İsraillə razılaşmanın ilk mərhələsində 33 girovu azad edəcək. Vasitəçilər İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılmasını təmin etmək üçün danışıqların davam etdirilməsinin təminatçısı kimi çıxış edirlər.