"Zelenski Qərb silahları ilə müharibəyə başladı və indi ona xəyanət edildi".
News365.az xəbər verir kİ. bunu Kolumbiya prezidenti Qustavo Petro deyib.
Petro sosial media platforması “X” hesabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, Qərb Zelenskini tək buraxıb:
“Öz silahlarından istifadə edən Rusiya onu tərksilah etdi. Belə olan halda Zelenski öz siyasətini dəyişməli və Slavyan xalqları arasında birliyi təmin etməyə çalışmalıdır".
Petro tərəfləri dialoqa çağırıb:
"21-ci əsrin müharibələri fosil iqtisadiyyatın müharibələridir. Zelenski heç bir vasitəçi olmadan birbaşa Vladimir Putinlə danışmalı və Slavyan dünyasında dünyaya açıq siyasi, iqtisadi sülh sazişi bağlamalıdır".