London sammitində liderlər Ukraynanın güclü mövqe tutması üçün yaxşı və səmimi müzakirə aparıb.
News365.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
O qeyd edib ki, Ukraynanın iqtisadi və hərbi mövqelərini dəstəkləyən hərtərəfli təhlükəsizlik zəmanətləri lazımdır.
AK rəhbəri hesab edir ki, Avropanın yenidən silahlanmasına təcili ehtiyac var və Avropa Komissiyası martın 6-da Avropa Şurasına bu məsələ ilə bağlı plan təklif edəcək:
"Çünki biz həqiqətən ciddi addımlar atmalıyıq. İndi uzun müddət ərzində müdafiəyə investisiyaların artırılması çox vacibdir. Bu, AB-nin təhlükəsizliyi üçün lazımdır və biz yaşadığımız geostrateji mühitdə ən pis vəziyyətə hazırlaşmalıyıq, buna görə də müdafiəmizi gücləndirməliyik"