Mənə görə Edip Akbayram Türkiyənin ən möhtəşəm sənətçilərindən biriydi. Çox orijinal səs tembri var idi - gur, axıcı, tükənməz...
Bu fikirləri politoloq Şahin Cəfərli mərhum sənətçi haqqında yazıb.
"Repertuarına baxanda görmək olur ki, bunların əksəriyyəti hansısa kommersiya məqsədli, qafiyələndirilmiş misralara yazılmış melodiyalar deyil, usta şairlərin (Nazim Hikmət, Səbahəddin Əli, Vedat Türkali, Can Yücel və s.) sözlərinə bəstələnmiş, arxasında gerçək insan hekayələrinin dayandığı, siyasi baxımdan çalxantılı dönəmləri təsvir edən əsl sənət əsərləridir. Onu fərqləndirən də bu idi - necə deyərlər, "damardan girən" mahnılar. “Gözəl günlər görəcəyik”, “Aldırma könül”, “Bəklə bizi İstanbul”, “Metrisin önü” və digər əsərləri bu sırada qeyd etmək olar.
Oxuduğu “Eşkiya dünyaya hökmdar olmaz”, “Getdin gedəli”, “Xəbərin varmı”, “Darmadağın”, “Hava nasıl oralarda” və sair mahnılar da unudulmazlar arasındadır.
Dertlerin kalkınca şaha
Bir sitem yolla Allah'a
Görecek günler var daha
Aldırma gönül aldırma..."