Qazi yol qəzasının qurbanı oldu - FOTO

Qazi yol qəzasının qurbanı oldu - FOTO
04 Apr 2025 19:53

Vətən müharibəsi qazisi Samir Rzayev yol qəzasında dünyasını dəyişib.

Hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki hərəkətdə olan "VAZ 21014 "markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb.

Digər yaralı - 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi xəstəxanada davam etirilir.

Qazi doğulduğu Gəncə şəhərində son mənzilə yola salınıb.

Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.


Sizin reklam burada
Sizin reklam burada