"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Atletik" klubu müdafiəçisi Aymerik Laportu qeydiyyatdan keçirə bilməyib.
News365.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"dən transfer olunan 31 yaşlı futbolçunun sənədlərinin vaxtında müvafiq orqanlara çatdırılmaması olub.
Bu səbəbdən FIFA oyunçunun qeydiyyatını rədd edib. Qısa müddətdə qeydiyyat tamamlanmayacağı halda arxa xətt oyunçusu ilə bağlanmış müqavilənin qüvvədən düşəcəyi bildirilib.
Qeyd edək ki, "Qarabağ" "Atletik"lə UEFA Çempionlar Liqasının III turunda İspaniyada üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 20:45-də start götürəcək.