Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.
News365.az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib.
Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Jali Muaddib və Kadi Borges (p) vurublar.
"Köhlən atlar" bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşacaq.